Azərbaycan 22-ci, “Qarabağ” 90-cı – UEFA-nın yeni reytinqi

UEFA ölkələrin və klub komandalarının yeni reytinq cədvəlini açıqlayıb.
Qurumun rəsmi saytında bu həftə keçirilən avrokubokların ikinci təsnifat mərhələsiin ilk matçlarından sonra tərtib olunan siyahıda Azərbaycan 16.375 xalla 22-ci yeri tutur. Bizdən 1 pillə öndə olan Kiprin 16.425 xalı var.
 
Azərbaycanla eyni xala malik Belarus 23-cü yerdədir. Lakin Azərbaycandan fərqli olaraq, Belarusun yarışdakı 4 təmsilçisindən 1-i artıq mübarizəni dayandırıb.
 
Avrokuboklarda son 5 mövsümdəki göstəricilərə əsasən hazırlanan reytinqdə Azərbaycandan ən yaxşı mövqedə “Qarabağ”dır. Ağdam klubu 90-cı yerdədir. Reytinqdəki digər 6 təmsilçimizdən “Qəbələ” 163-cü, “Neftçi” 182-ci, “İnter” 217-ci, “Kəpəz” 274-cü, “Xəzər Lənkəran” 276-cı, “Zirə” isə 307-ci tutur.

Ölkələrin reytinqi, ilk 22 yer

Tarix: 16 İyul [14:05]
Oxunub: 43 dəfə
Müəllif: Aut.az

Birinci divizionun debütantı legioner aldı

Aut.az

"Şüvəlan"ın yeni sponsoru məlum oldu!

Aut.az

Azərbaycan Premyer Liqasında əsasnaməsinə dəyişiklik

Aut.az

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

Aut.az

"Qarabağ" "Şerif"ə qarşı - BU GÜN

Aut.az

"Səbail" darmadağın oldu

Aut.az

"Heç-heçə də bizi qane edəcək" - "Şerif"in baş məşqçisi

Aut.az

Tərlan Əhmədov “Zaqatala”ya getməkdən imtina edib

Aut.az

Neftçi”nin ən çox maaş alan legioneri kimdir?

Aut.az

"Neftçi" Avstriyaya çatdı

Aut.az