Daha bir dünya ulduzu Türkiyə klubunda

Bu yay dünya səviyyəli ulduzların transfer olunduğu Türkiyə Super Liqasına daha bir məşhur futbolçu gəlir.  "Bursaspor" braziliyalı Andersonu heyətinə qatır.
 
Robert Prosineçki ilə anlaşa bilməyən Bursa klubunun komnadanın başına Paul le Quenin istəyinə uyğun olaraq braziliyalı ilə danışıqlara başlayıb. Hazırda Braziliyanın "İnternasional" klubuna məxsus olan, icarə əsasında "Koritiba"nın formasını geyinən 29 yaşlı yarımmüdafiəçi Avropaya dönmək istəyir. Danışıqların ilk mərhələsi uğurlu keçib. "Bursaspor"un bu transferə görə, "İnternasional"a 2 milyon avro ödəyəcəyi deyilir.
 
Qeyd edək ki, "Portu" 2005-ci ildə "Qremio"dan 5 milyon avroya aldığı Andersonu 2 il sonra "Mançester Yunayted"ə 31,5 milyon avroya satıb. 2014-cü ildə icarə əsasında "Fiorentina"da oynayan "sambaçı" 2015-də vətəninə dönərək "İnternasional"la müqavilə imzalayıb.
 
Braziliya millisində 9 oyun keçirmiş 29 yaşlı futbolçuya hazırda "Transfermarkt" 3,5 milyon avro qiymət qoyub.
Tarix: 16 İyul [13:45]
Oxunub: 106 dəfə
Müəllif: Aut.az

"Keşlə"nin sabiq futbolçusu baş məşqçi təyin olundu, 4 gün sonra qovuldu

Aut.az

"Volfsburq"da yeni baş məşqçi

Aut.az

“Beşiktaş”ın oyunçusu matçöncəsi sərxoş yaxalandı – FOTO

Aut.az

Çempionlar Liqasında türk dueli

Aut.az

İtirdi və “ilişdi”

Aut.az

Avropada ən bahalı gənc futbolçular - Siyahıda 4 türk var

Aut.az

Prezident stadionu üçün Ərdoğandan ad istədi

Aut.az

180 milyonluq müqavilə rəsmiləşdi - Şok müqavilə

Aut.az

Droqba “Genqam”da

Aut.az

Bundesliqa klubunda baş məşqçi istefası

Aut.az