18 yaşlı azərbaycanlı çempion yarış günü özünü niyə öldürdü? - TƏFƏRRÜAT

Dünən mətbuatda sambo üzrə Avropa çempionu Rəşad Dünyamalıyevin intiharı ilə bağlı xəbərlər yayılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə iyulun 4-də 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun Binəqədi qəsəbəsində yaşadığı həyət evində baş verib. 18 yaşlı idmançı səhər saatlarında həyətədəki turnikdən özünü asaraq həyatına son qoyub.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, 57 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad hadisə baş verən gün sambo üzrə Azərbaycan yığmasının heyətində Qazaxıstanda keçirilən Nursultan Nazarbayev turnirinə qatılmalı imiş. Belə ki, Azərbaycan yığmasının üzvləri və məşqçilər səhər saatlarında toplaşıblar və Rəşadın da gəlib çıxmasını gözləyiblər. Artıq təyyarəyə gecikəcəklərini gördükdə, onlar idmançılardan birini Rəşadgilin evinə göndəriblər və dəhşətli mənzərə ortaya çıxıb.
 
Bildirilir ki, hadisə baş verən gün Rəşad evdə tək olub. Səhər saatlarında anası işə gedərkən onu oyadıb. Rəşad isə hazırlanıb aeroporta gedəcəyini deyərək anasını yola salıb. Evin tək oğul övladı olan Rəşadın bacısı da həmin vaxt işdə olub.
 
Rəşad Dünyamalıyevin şəxsi məşqçisi, tanınmış hakim Cabir İsmayılov hadisə barəsində bunları deyib: "Onu çox gözlədik, artıq təyyarəyə gecikirdik və belə bir məlumat gəldi. Qazaxıstana çatanda hamı bizə başsağlığı verirdi. Mənim üçün çox ağırdır. 5 yaşından əlimdə böyüyən uşaqdır. 2 dəfə Avropa Çempionu olub. Bir dəfə Dünya ikincisi olub. Rəşad 7-8 dəfə Azərbaycan çempionu olmuşdu, ona böyük ümidlər bəsləyirdik. Buna görə də əsas yığmaya dəvət etmişdik ki, onu Qazaxıstanda da yoxlayaq".
 
Bu arada o da məlum olub ki, Rəşad Dünyamalıyevin ailəsində atası ilə bağlı problemlər olub. Onun intiharı ilə bağlı yaxınları və tanıyanlar hər hansı başqa səbəb tapa bilmirlər.
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 
Tarix: 13 İyul [11:45]
Oxunub: 199 dəfə
Müəllif: Aut.az

Dünya çempionatlarının yeri dəqiqləşdi

Aut.az

Ədalətin Gürcüstan təntənəsi

Aut.az

Azərbaycan tennisçisi Avropa çempionu adını qazandı

Aut.az

Bakı klubunun sabiq oyunçusu “Qalatasaray”da

Aut.az

Zeynəb qəzada öldü

Aut.az

Avropa çempionatının biletləri satışa çıxarıldı

Aut.az

Gənc boksçu döyüşdən əvvəl yoxa çıxdı - Cəsədini meşədən tapdılar - FOTO

Aut.az

Bukmeker kontorlarına qadağa

Aut.az

Bukmeker kantorlarında udulmuş ən böyük məbləğlər

Aut.az

Türkiyə çempion!

Aut.az