"Pole çudes"in siması “Qarabağ”dan danışdı

"Qarabağ"ın baş sponsoru olan “Azərsun Holding”in milli markası “Azərçay”ın dəstəyi ilə ölkəmizə gələn məşhur rusiyalı teleaparıcı Leonid Yakuboviç baş tutan “Qarabağ”ımızın “Samtredia” ilə matçını tribunadan izləyib. Komandamıza azarkeşlik edən Yakuboviç sonda jurnalistlərin suallarını cavablandırıb.
 
- Sizi Azərbaycanda səmimi qəlbdən salamlayırıq. Belə məşhur simanı Bakıda, özü Çempionlar Liqasındakı təmsilçimizin oyununda stadionda görmək bizim üçün xoş sürpriz oldu. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Mən burda evdəki kimiyəm. Bura ilk dəfə gələnəd hələ "KVN Bakı" komandası vardı. Biz şən və hazırcavablarla yarışırdıq, onda komandanızın kapitanı Yuli Qusman idi. Buna görə bu şəhərlə çoxlu xoş görüşüm olub.
- Sonuncu dəfə nə vaxt Bakıda olmusunuz?
- Yəqin ki, 2 il əvvəl.
- Paytaxtımız dəyişibmi?
- Möhtəşəm bulvar, fenomenal binalar. Ölümcə həsəd aparıram. Ümumiyyətlə, ətrafda hər şey əsrarəngizdi. Zövqlə yaradılıb, çox xoşuma gəlir.
- Bəs "Qarabağ" haqda nə deyə bilərsiniz?
- Məsələ ondadır ki, mən azarkeş deyiləm. Mən futbolu sevirəm, ancaq heç kimə azarkeşlik etmirəm.
- Belə demək olar ki, Azərbaycanda, Bakıda ilk dəfə futbol matçındasınız...
- Bəli.
- Tofiq Bəhramov adına Respublika stadionumuz böyük tarixə malikdi, hələ SSRİ dövründə Vladimir Leninin adını daşıyıb...
- Tam fərqli təəssüratdı. Televiziorda bir cürdü, burda isə tamam başqa ab-havadı.
- Keçmiş postsovet məkanı təmsilçilərinin - Azərbaycanla Gürcüstanın qarşılaşmasını izləməyə gəlmisiniz. Kimə azarkeşlik edrisiniz?
- Futbola. Bu, baxımlı idman növüdü. İstərdik ki, bu, incəsənət olsun. Mən gözəlliyi, peşəkarlığı sevirəm. İstəyirəm ki, oyun tribunalarda əyləşənlər üçün əla olsun. Daha futbol matçı pul qazanmaq və stadionda qaçmaq olmasın. Bura çoxlu sayda insan gəlib ki, futbol izləsin, sevinsin, azarkeşlik etsin. Buna səbəb olmalıdı. Baxın, futbolçular əla oynayır.
- Aparıcısı olduğunuz "Pole çudes" verilişinin "Azərçay"la əməkdaşlığı haqda nə deyə bilərsiniz?
- Mən heç vaxt reklamla məşğul olmazdım. Ümumiyyətlə, bunu nadir hallarda edirəm, bu məsələdə sərtəm. Çünki təbliğ etdiyim şeyin məsuliyyəti mənim üzərimə düşür. Mən yalnız çay içirəm, başqa heç nə. Özü də çaydan çox yaxşı başım çıxır. Burda istehsal edilən çaydan daddım, həmin dəqiqədən ailəmdə hamı yalnız "Azərçay" içir. Mən bunu hamıya deyirəm, çünki bunu yaxınlarıma deyirəm. Hər dəfə deyirəm ki, dostlar, bu o çay deyil ki, içirsiniz. "Azərçay"ı için, onda başa düşəcəksiniz ki, çay nədi. Möhtəşəm dad, ətir. Bu, sevgiylə hazırlanan məhsul kateqoriyasıdı. Bilirsiniz, kulinariyada bir resept var, bunu nə vaxtsa özüm üçün müəyyənləşdirmişəm - bu, böyük sevgiylə hazırlamaq. Başqa resept yoxdu. Mən istənilən resept yaza bilərəm. Ancaq sən bunu etdiklərinə üçün sevgiylə etmirsənsə, bu, səndə alınmayacaq. "Azərçay"ı istehsalı edənlər də bunu belə sevgiylə hazırlayırlar. Afərrin!
- Verilişinizin iştirakçıları adətən nələrsə tapırlar. Siz oyunun hesabını tapa bilərsiniz? (müsahibə oyunun ilk hissəsində olub-müəllif.)
- Yox. Bunu etmək olmaz. Taleyi əvvəldən demək mümkün deyil.
- Gələcəkdə də "Azərçay"la əməkdaşlıq etmək istərdiniz?
- Əlbəttə, heç bir şübhə olmadan. Çünki bu, xoşuma gəlir. İnanılmazdır, bu, gözlərimdən oxunur. Gözlər isə yalan deyə bilmir.
- Azərbaycan mədəniyyətinin postsovet məkanımda təbliğatında "Azərçay"ın rolu nə dərəcədədi?
- Belə demək olmaz. Yaxşı edilən şey millətin qürur mənbəyidi. Bu adət-ənənə saxlanılırsa, millətə hörmətə söykənir. Hörmət sevgi yaradır. Başqa cür olmur. Sevgi uzunmüddətli şeydi. Çay içmək ənənədi. Əvvəlki vaxtlarda dağlarda yaşayan qocalar pis çay verilsəydi, onlar bundan narazı qalardılar. Həmin insan daha onlara heş vaxt çay gətirməzdi. "Azərçay"ı istehsal edənlər evə, ailəyə, uşaqlara, qocalara hörməti təbliğ edirlər. Bax bu, xoşuma gəlir.
- Azərbaycana, futbolumuza, "Qarabağ"a və "Azərçay"a arzularınız...
- Yalnız bir şeyi arzulaya bilərəm - sülh. Ən qorxulu, ölümcül xəstəlik müharibədi. Sülh olsun, siz özünüzə yaxşı, gözəl həyat quracaqsınız. Təki sülh olsun. Bunu bütün xalq başa düşür, qərar rəhbərə məxsusdu. Mən hazırkı prezidentin atası ilə tanış idim. Çox dəyərli şəxsiyyəti idi. Onunla görüşdə 3 saatlıq söhbət həyatım boyu yadımda qaldım. Fenomenal idi. Mən hazırkı prezidentlə də qısa müddətlik tanış oldum. Alalh ona ömür versin ki, atasının yolunu davam etdirsin. Çünki atası dahi insan idi. Bunu ona görə demirəm ki, burda anadan olub, böyüyüb. Yox. tarixdən 10, praktikadan 5 adam deyə bilərəm ki, belə dövlət başçıları olublar. Başa düşürsünüz, Çörçill, De Qol, Ruzvel kimi insan idi. Böyük tarixi şəxsiyyət, siyasi xadim idi. Mən onunla keçirdiyim dəqiqlərə görə xoşbəxtəm.(futbolinfo.az)
 
 
 

 

 
Tarix: 12 İyul [11:30]
Oxunub: 159 dəfə
Müəllif: Aut.az

"Qardaşımı futboldan uzaqlaşdırdım, bu günə qədər də deyinir" - Rəşad Sadıqov

Aut.az

"Savadlı fəhləni savadsız futbolçudan üstün sayıram" - MÜSAHİBƏ

Aut.az

” BİR DƏ AYILIRSAN Kİ, NƏ EV VAR, NƏ MAŞIN, NƏ DƏ…” – MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin veteranı həndbola üz tutdu: "Almaniyada itlərin hörməti bizdən çoxdur" - MÜSAHİBƏ

Aut.az

Rəşad Sadıqov: Onun məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi MÜSAHİBƏ

Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az

Qurban Qurbanov: "Əgər başqa klubdan təklif gəlsə…"

Aut.az

Qurban Qurbanov: "Oyunçulardan tələbim bu idi ki…"

Aut.az