Ruslan Əmircanov Gürcüstana yollana bilər

“Məncə, hər kəs günahı kənarda yox, özündə axtarmalıdı”
 
Şənbə günü keçirilən “Səbail” – “Sumqayıt” matçını izləyənlər arasında Ruslan Əmircanov da var idi. Təcrübəli müdafiəçi ötən mövsüm şərəfini qorudğu AZAL-ın fəaliyyətini dayandırmasından sonra klubsuz qalıb. Oyunu diqqətlə izləyən Ruslan bəzən özünü saxlaya bilməyərək, meydanda olan futbolçuların səhvlərinə reaksiya verir, yanında olan dostuna həmin an oyunçunun hansı addımı atmalı olduğunu söyləyirdi. Bir sözlə, Əmircanov kənardan bir məşqçi kimi oyunu təhlil edirdi. “Bəlkə vaxtilə ölkənin aparıcı klublarının və yığmanın şərəfini qorumuş müdafiəçi məşqçliyə başlayıb, xəbərim yoxdu” düşüncəsi ona yaxınlaşıb söhbətləşməyə qərar verdim.
- AZAL tarixin yaddaşına köçdükdən sonra səndən səs-soraq yoxdu. Hardasan, nə işlə məşğulsan?
- Hazırda heç bir komandada deyiləm. Fərdi məşqlərlə kifayətlənirəm. Açığı, hələ ki heç bir klubdan təklif də almamışam. Yalandan deyə bilmərəm ki, iki-üç dəvət var, ancaq özüm seçim edirəm. Futbol dili ilə desək, azad agentəm (gülür).
- Sənə elə gəlmir ki, futbolsuz qala bilərsən. Nəzərə alsaq ki, elitada çıxış edən komandaların əksəriyyəti artıq heyəti komplektləşdirməyi başa çatdırıb, bu real görünür.
- Bəli, sizinlə razıyam. Avrokuboklarda çıxış edən təmsilçilərimizi bir kənara qoyaq, debütant “Səbail” belə artıq birisigün təlim-məşq toplanışı üçün Türkiyəyə yollanır. Belə baxıram, “Sumqayıt” da transferləri yekunlaşdırıb. Bircə qalır “Kəpəz”. Onlardan səs-soraq çıxmasa, deməli, klubsuz qalacam (gülür). Ancaq bir-iki variant var. Əmin olmasam da, yaxın iki-üç gündə yenilik ola bilər.
- Adətən, ölkə daxilində özünə klub tapa bilməyənlər xaricə üz tutur. Dəfələrlə buna şahidlik etmişik. Bəlkə sən də eyni addımı atasan?
- Mənim heç vaxt agentim olmayıb. Xaricə yollanmaq üçün bu vacib şərtdi. Ölkə klublarına keçidlərim zamanı danışıqları həmişə özüm aparmışam. Nə qədər olmasa da, Azərbaycanda tanıyıblar, təklif göndəriblər, mən də ofisə yollanaraq şərtləri müzakirə edib müqaviləyə qol çəkmişəm. Legioner həyatı yaşamaq üçün isə gərək kimsə səni əcnəbi kluba təklif etsin, haqqında onlara məlumat versin. Mən bu gün PTT liqasında çıxış edən hansısa kluba necə gedim deyim ki, sizin komandada oynamaq istəyirəm. Ancaq ölkə xaricindən təklif gəlsə, dəyərləndirməyə hazıram. Yaşıl meydana çıxmağa, 90 dəqiqə mübarizə aparmağa özümdə yetərincə güc hiss edirəm. Ötən mövsüm AZAL-ın heyətində, demək olar ki, bütün oyunlarda əsas heyətdə meydanda oldum. Bəlkə də peşəkar futbolçu kimi bu günə kimi agentimin olmaması da bir yanlışlıqdı. Vaxtında hansısa menecerlə işbirliyi qursaydım, bu gün klubsuz qalmazdım.
- Sözlərindən belə çıxır ki, müasir futbolda agentsiz keçinmək çətindi.
- Əlbəttə. Hərdən öz-özümə sual verirdim ki, məhşur futbolçular ninyə agentlərlə müqavilə bağlayırlar. Onsuz da onları hamı tanıyır, istənilən aparıcı klub onu transfer etməkdə maraqlıdı. Ancaq yaş ötdükcə, müəyyən təcrübəyə yiyələndikcə görürsən ki, bu addımı atmaq vacibdi. Peşəkar futbolçunun mütləq agenti olmalıdı. 
- Çox maraqlıdı birvaxtlar aparıcı klubların heyətində görmək istədəyi Ruslan Əmircanov, Kamran Ağayev, Vaqif Cavadov kimi futbolçular bu gün Azərbaycanda özünə klub tapa bilmir. Səncə, bu nə ilə bağlıdı? Bəlkə maddi tələbləriniz yüksəkdi deyə kənarda qalmısız?
- O biri futbolçularn yox, öz adımdan danışmaq istəyirəm. Bu gün mənim seçimim yoxdu. Maraqlanan olsun ki, sən də təklif olunan şərtləri qəbul edib-etmədiyini söyləyəsən. Məncə, hər kəs günahı kənarda yox, özündə axtarmalıdı. Bir də futbolda gərək idman xoşbəxliyi səndən üz döndərməsin. Yenə özümdən nümunə çəkim. İnter”i “Qəbələ”yə dəyişəndən sonra ilk 8 turda bütün matçlarda əsas heyət üzvi kimi meydana çıxdım. Sonra isə kiçik bir zədəyə görə 8 ay futbol oynaya bilmədim. Həmin 8 ayı itirməsəydim, məncə, yenə aparıcı klublardan birində olardım, yığmaya dəvət alardım. Ancaq həkim səriştəsizliyi gələcək karyerama təsir etdi. Hələ də həmin cərrahı “sevə-sevə” xatırlayıram. 
- Səhv etmirəmsə, ilk əməliyyatı Türkiyədə etdirmişdin.
- Bəli, ilk dəfə “Acıbadem”də əməliyyat olundum. Ancaq bir müddətdən sonra məşqlərdə yenidən ağrılar baş qaldırdı. Bu dəfə İtaliyaya üz tutdum. Romadakı cərrah Tottini və bir çox tanınmış futbolçuları əməliyyat edib. Orda məni müayinə edəndən sonra ilk sözü belə oldu: “Sən kimin əlinə düşmüsən? Bu ki xırda bir zədədi. Buna görə bu qədər əziyyət çəkmək olar?” İtalyan həkim məni yenidən futbola qayatrdı.
- Elita təmsilçilərindən təklif almasan, ölkə xaricinə yollanmaq variantı alınmasa, birinci diviziona yollana bilərsən?
- Bizim futbolçular arasında sanki birinci divizionla bağlı bir kompleks var. Əksəriyyəti düşünür ki, aşağı dəstəyə yollansam, bir daha elitaya dönə bilməyəcəm. Ancaq mən elə fikirləşmirəm. Birinci divizionda oynamaqla çiynimdəki poqonlar sökülməyəcək ki. Qarşısına ciddi hədəflər qoyan, premyer-liqanı hədəfləyən komanda olsa, oynayarm. Heç şübhəsiz ki, müqavilə şərtləri də normal olmalıdı. Söhbətimizin əvvəlində bir-iki variantın olduğunu söyləsəm də, konkret heç nə demədim. Ancaq sizdən gizlətmək istəmirəm. Ola bilsin, Gürcüstanın güclülər dəstəsində çıxış edən klubların biri ilə anlaşdım. Vaxtilə bir yerdə oynadığım, ancaq bu gün karyerasını başa vuran gürcü futbolçularla bu haqda danışıqlar gedir. Yaxın günlərdə hər şey aydın olacaq.(futbol+)
Tarix: 11 İyul [22:00]
Oxunub: 276 dəfə
Müəllif: Aut.az

"Qardaşımı futboldan uzaqlaşdırdım, bu günə qədər də deyinir" - Rəşad Sadıqov

Aut.az

"Savadlı fəhləni savadsız futbolçudan üstün sayıram" - MÜSAHİBƏ

Aut.az

” BİR DƏ AYILIRSAN Kİ, NƏ EV VAR, NƏ MAŞIN, NƏ DƏ…” – MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin veteranı həndbola üz tutdu: "Almaniyada itlərin hörməti bizdən çoxdur" - MÜSAHİBƏ

Aut.az

Rəşad Sadıqov: Onun məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi MÜSAHİBƏ

Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az

Qurban Qurbanov: "Əgər başqa klubdan təklif gəlsə…"

Aut.az

Qurban Qurbanov: "Oyunçulardan tələbim bu idi ki…"

Aut.az