Mikayıl bəy, "Kəpəz"in nəyi olursuz?

"Neftçi" buyaxınlarda böyük əks-sədaya səbəb olan qərar verdi. Təsisçinin (?) qərarı ilə "icraçı direktor” vəzifəsi "prezident” və "vitse-prezident” postlarıyla əvəz olundu. "Neftçi" Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident təyin olunub.
 
Müşahidə Şurası əvvəlki tərkibdə MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək. Bu məqamda qeyd edək ki, Çingiz Abdullayevin sədrliyi ilə MŞ formaldı və müəyyən müddətdən sonra buraxıldığı elan ediləcək.
 
Sonuncu dəfə  2 il 3 ay bundan əvvəl Sadıq Sadıqov "Neftçi"də prezident vəzifəsini icra edirdi. Mövzumuz bu deyil. AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin və "Kəpəz"in Müşahidə Şurasının üzvü (?!) Mikayıl Nərimanoğlu sportinfo.az-a açıqlamasında guruldayıbdır.  Bir məqama diqqət yetirək: "Hesab edirəm ki, ötən 2 ildə öz işimizin öhdəsindən gəlməyə çalışmışıq və buna nail olmuşuq. Şuranın fəaliyyətindən bircə dəfə narazılıq eşitməmişik. Əgər siz bilirsizsə, yaza bilərsiz. Şura sədr Elmir Vəliyevin rəhbərliyi altında kluba kifayət qədər diqqət göstərib, problemlərini həll eləyib. "Neftçi" prezident üsul-idarəsinə keçibsə, bu, o demək deyil ki, "Kəpəz" də keçməlidi".
 
Bu söhbəti o, "Neftçi"də struktur dəyişikliyi edildi, eyni formatda olan "Kəpəz"də belə bir şey gözlənilirmi" sualına cavabında deyib. Və adamın bəlağətli, özünəinamlı çıxışına fikir verirsinizmi? Elə bil ki, qaydaları biz pozmuşuq, Mikayıl bəy düzəldib.
 
Yenə ənənəvi sualı açıb qoyuruq qənşərinizə: AFFA funksioneri, konkret olaraq PR meneceri bir klubun idarə strukturunda nə gəzir?
 
Bunun hansı UEFA qaydalarına zidd olduğunu bilmirmi? Xüsusən, PR menecerin qurumda üç həssas/strateji vəzifədən biri olduğu üçün müvafiq qurumdan başqa heç bir digər strukturda təmsil oluna bilməz - bilmirmi?
 
Bilsə, orda nə gəzirdi ki?
 
Yaxud da bilirlər, sadəcə, ictimai qınaq, media nəzarəti güclü olmadığı üçün, "Kəpəz"in "radarlardan" yan ötdüyünə görə məsələ qabarmayıb. Bəli, AFFA məmurunun klub idarəçiliyində təmsil olunması heç bir əsasnamə, nizamnamə, qayda, qanuna uyğun gəlmir.
 
Hələ o başqa məsələ ki, Mikayıl əfəndi MŞ-nın sıravi üzvü olsa da, "Kəpəz"in idarəçisi kimi aparır özünü. Bütün vacib tədbirlərdə, açıqlamalarda ən öndə odur. Olmadı ki...
 
Bu qədər "bespredel"?!
 
Mikayıl bəy, UEFA-nın xəbəri var?
 
Qulağınızı yaxın gətirin, söz soruşaq: siz "Kəpəz"in nəyi olursuz?
 
futbolpress.az

 

 

 
Tarix: 11 İyul [12:40]
Oxunub: 214 dəfə
Müəllif: Aut.az

Vurum sizin qolunuzu...

Aut,az

Məkanın dəyişdirməyəcəyi sevgi

Aut/az

Olmayan rayonun olmayan futbolu - YAZI

Aut.az

Qurban Qurbanovun uzun, incə yolu YAZI

Aut.az

Onlar ağladı, biz də ağladıq...

Aut.az

“Ölü”nün qıdığı gəlməz...

Aut.az

“Qarabağ” boyda sevinc

Aut.az

Xəcalət hissi

Aut.az

Gətirməyənin... - YAZI

Aut.az

Bütün Azərbaycanın “Qarabağ”ı!

Aut.az