Qurban Qurbanov: "Samtredia" ötən illə müqayisədə daha güclüdü" MÜSAHİBƏ

“Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var, bunları da sabah görəcəkiniz”.
 
Aut.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Ağdam klubu çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Samtredia”nı qəbul edəcək. Oyundan bir gün öncə keçirilən mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Bizim üçün asan olmayacaq. Hazırlaşmışıq, çalışacağıq ki, öz meydanımızda qələbə qazana bilək”.
 
- Yeni transferləri sabah meydanda görə biləcəyikmi?
- Xeyr. Sabah onlar meydanda olmayacaqlar.
 
- Almeydanın durumu necədir?
- Onun oyunda iştirakı sual altındadır.
 
- Yoxlama oyunlarındakı məğlubiyyətlərdən sonra komandada psixoloji problem yaranıb. Bu durumu aradan qaldıra bilmisinizmi?
- Gərginlik həmişə olur və bu, normal haldır. Amma təcrübəli futbolçularımız var və bu duruma öyrəşmişik. Ümid edirik ki, yaxşı nəticə qazana biləcəyik. Düzdü, futbolçular tam hazır vəziyyətdə deyillər. Amma təlm-məşq toplanışından bu bu yana komandada dəyişikliklər olub. Futbolçuların vəziyyətini eyni səviyyəyə gətirməyə çalışmışıq. Fikrimcə, Bakıda yaxşı hazırlıq keçmişik.
 
- Ötən il “Qəbələ”yə uduzan “Smatredia”nın gücünü necə dəyərləndirə bilərsiniz? Sizcə, “Qarabağ” da “Smatredia”nı böyük hesabla məğlub edə biləcəkmi?
- Tam fərqlidir. Bu ilki “Samtredia”nı ötən ilki komanda ilə müqayisə etmək olmaz. Həmçinin də bizi. “Smatredia” öz oyun sistemini dəyişib. Bu isə o deməkdir ki, oyunlara fərqli sistemlə çıxa bilərlər. Düşünürəm ki, “Samtredia” ötən illə müqayisədə daha güclüdür.
 
- Komandaya yeni futbolçu cəlb olunacaqmı?
- Transferin mərhələ adlamaqla heç bir aidiyyatı yoxdur. Bizə daim bu məsələ ilə bağlı suallar verilir. Sadəcə, transfer adına transfer etmək istəmirik. Bəzi futbolçular var ki, onlarla danışsaq da, son anda keçidlərini həll edə bilmədik. Mərhələ keçdik-keçmədik, transfer etməyə çalşacağıq.
 
-Hazırlıq dönəmində nəticə o qədər də önəmli deyil. Amma “Qarabağ” keçirdiyi oyunlarda yaxşı təsir bağışlamayıb. Sizin buna münasibətiniz necədir?
- Bəli, deyə bilərik ki, nəticə önəmli deyil. Amma məğlub olmuşuqsa, deməli səhvimiz olub. Siz nə qədər narahatızsa, mən də o qədər narahatam. Amma mən bir qədər arxayınam. Çünki Avstriyadakı səhvlərimizi görmüşük və bunlar üzərində çalışırıq. Düşünürəm ki, toplantıda olan səhvlər rəsmi oyunlarda olmayacaq.  
 
- Ötən il “Qəbələ” öz meydanında “Samtredia”nı dasrmadağın etmişdi. Siz də “Qəbələ”nin uğurunu təkrarlamaq istəyirsiniz?
- Biz “Qəbələ”nin nəticəsini təkrarlamaq haqda düşünmürük. Bizim məqsədimiz komandanı meydanda düzgün idarə etməkdir. Çalışırıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq. İnşallah, azarkeşlərimiz üçün baxımlı futbol oynmağa çalışağıq. Bəzi məğlub olduğumuz oyunlar olub ki, azarkeşlərimiz meydandan razı ayrılıblar. (Futbol11.az)
Tarix: 10 İyul [19:10]
Oxunub: 143 dəfə
Müəllif: Aut.az

"Qardaşımı futboldan uzaqlaşdırdım, bu günə qədər də deyinir" - Rəşad Sadıqov

Aut.az

"Savadlı fəhləni savadsız futbolçudan üstün sayıram" - MÜSAHİBƏ

Aut.az

” BİR DƏ AYILIRSAN Kİ, NƏ EV VAR, NƏ MAŞIN, NƏ DƏ…” – MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin veteranı həndbola üz tutdu: "Almaniyada itlərin hörməti bizdən çoxdur" - MÜSAHİBƏ

Aut.az

Rəşad Sadıqov: Onun məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi MÜSAHİBƏ

Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az

Qurban Qurbanov: "Əgər başqa klubdan təklif gəlsə…"

Aut.az

Qurban Qurbanov: "Oyunçulardan tələbim bu idi ki…"

Aut.az