"Şəmkir"in prezidenti eyni anda dörd məşqçi ilə danışıq aparırdı" - MÜSAHİBƏ

"Bakı"nın baş məşqçisi Qəhrəman Əliyev  müsahibə verib:
   
- Qəhrəman müəllim, “Bakı” “Kəpəz”ə qarşı çox yaxşı mübarizə apardı. Sizə eldaə gəlmir ki, bu komanda çox rahatlıqla I Divizionda mübarizə apara bilər?
 
- Bəli, tamamilə düz qeyd etdiniz. “Bakı”nın yeri Həvəskarlar Liqası deyil. “Kəpəz”lə oyun da sübut etdi ki, komandamızda istedadlı gənclər var və 2-3 təcrübəli da əlavə etsək çox rahatlıqla I Divizionda iddialı ola bilərik.
 
- Bunun üçün ümüd işığı var?
 
- Biz hər zaman ümidlə yaşayırıq. Bazamız var, stadionumuz, şəraitimiz var. Komandamızı da özünüz gördünüz. Əgər belə şans yaransa özümüzü sübut edəcəyik.
 
- Həqiqətən də istedadlı futbolçularınız var. Hətta mən deyərdim öz yaşıdları arasında millid oynayanlardan da zəif deyillər. Elə isə niyə milli məşqçiləri “Bakı”nın futbolçularını unudub?
 
- Görünür həvəskarlar liqası olduğu üçün heç kim bizimlə maraqanmır.
 
- “Şəmkir”lə məsələniz nə yerdə qaldı, pulunuzub qalanını ala bildiniz?
 
- Yox qardaş, heç nə ala bilmədim. Klub prezidenti də yoxdur buralarda deyirlər gedib oturub Türkiyədə. O insan mənim üçün kabusdur.
 
- Yəqin xəbəriniz var ki, “Şəmkir” faktiki olaraq dağılıb...
 
- Çox üzülürəm bu duruma. Halbuki gözəl kollektiv yaratmışdıq. O cür komandanı bu günə qoydular. “Rəvan”dan oyundan sonra baş verən biabırçılıqlara dözə bilməyib getməyə qərar verdim. Elə iyrəncliklər gördüm ki...
  
- Yeri gəlmişkən, sizdən sonra baş məşqçi postuna gələn Badri Kvarastxeliya sizən halallıq aldı?
 
- Əlbəttə. Gələn kimi ilk olaraq mənə zəng eləyib halallıq aldı mən də halallıq verdim. Onun nə günahı var ki? Biri gedibsə, digəri gəlib onun yerinə işləməlidir. Badri mənim futbolçum olub xətrini də çox istəyirəm.
 
- “Şəmkir”in prezidenti Elvin Səfərli hələ dekabrda Kamal Quliyevlə görüşüb onunla razılığa gəlib. Hansı ki, siz baş məşqçi idiniz və komandanı Türkiyə toplanışına hazırlayırdınız. O söhbəti eşidəndə Kamaldan incimədiniz ki?
 
- Yox, niyə inciyim ki? Kamal Quliyev həm yaxşı futbolçu olub, həm də məşqçi kimi özünü sübut edə bildi. Hazırda işsizdir və təbii ki, ona olan təklifi dəyərləndirmək istəyəcək. Güman ki, ona da deyiblər ki, artıq Qəhrəman Əliyevlə yolları ayırırıq və səni dəvət etmək istəyirik. “Şəmkir”in prezidenti həmin ərəfədə eyni anda dörd məşqçi ilə danışıq aparırdı. Ordan Kamalla danışırdı, burdan Əsgər Abdullayevlə, digər tərəfdən bir başqası ilə. Hansı ki, buna gərək də yox idi. Komanda qış fasilsinə liderlər qrupunda yollanmışdı. Türkiyə toplanışındakı yoxlama görüşlərimizi də əla keçirdik və yalnız “Dnepr”ə uduzmuşduq. Hamı bizdən danışırdı. O cür komandanı dağıtdı. Təsəvvür edin, biz Türkiyədə olanda orda da komandaya məşqçi axtarırdı. Axırda buna deyiblər ki, sizin məşqçiniz var da bu cür komanda yaradıb yeni məşqçini neynirsən.(rekord.az)
 
 
Tarix: 10 İyul [17:10]
Oxunub: 140 dəfə
Müəllif: Aut.az

"Qardaşımı futboldan uzaqlaşdırdım, bu günə qədər də deyinir" - Rəşad Sadıqov

Aut.az

"Savadlı fəhləni savadsız futbolçudan üstün sayıram" - MÜSAHİBƏ

Aut.az

” BİR DƏ AYILIRSAN Kİ, NƏ EV VAR, NƏ MAŞIN, NƏ DƏ…” – MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin veteranı həndbola üz tutdu: "Almaniyada itlərin hörməti bizdən çoxdur" - MÜSAHİBƏ

Aut.az

Rəşad Sadıqov: Onun məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi MÜSAHİBƏ

Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az

Qurban Qurbanov: "Əgər başqa klubdan təklif gəlsə…"

Aut.az

Qurban Qurbanov: "Oyunçulardan tələbim bu idi ki…"

Aut.az