İkiqat dünya çempionu Gəncədə qətl törətdi

Kikboksinq üzrə dəfələrlə Azərbaycan çempionu Eldəniz Məmmədov həbs olunub. Buna səbəb onun törətdiyi qətl hadisəsidi.
 
Belə ki, idmançı Gəncədə 39 yaşlı şəhər sakini Ramin Orucovu qətlə yetirib. Bu cinayətdə şübhəli bilindiyi üçün yaxalanan Məmmədov səmimi şəkildə törətdiyi əməli etiraf edib.
 
O, Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan yerdə Orucovu ağır zərbələrlə öldürüb. Məmmədov bildirib ki, hadisəyə səbəb Orucovun onun atasını söyməsi olub. Buna qəzəblənən 23 yaşlı kikboksçu ona yumruq-təpik zərbələri vurub. Ağır bədən xəsarətləri alan Ramin hadisə yerindən bir qədər uzaqlaşıb və huşunu itirərək yerə yıxılıb. Onun meyiti səhər saatlarında yerli sakinlər tərəfindən tapılıb.
 
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
Tarix: 10 İyul [12:35]
Oxunub: 154 dəfə
Müəllif: Aut.az

Şahmatçılarımızdan heç-heçə

Aut.az

Olimpiya Komitəsi sədrinin müavini oğurlandı

Aut.az

Əzizovun növbəti döyüşü

Aut.az

Azərbaycanda 18 milyon manatlıq Olimpiya İdman Kompleksi yaradıldı

Aut.az

Türkiyəli idmançı bir ilki bacardı

Aut.az

Dmitri Kramarenkonun qızı Bakıda qalib oldu

Aut.az

Ən çox qazanan futbolçu və baş məşqçi bəlli oldu

Aut.az

Azərbaycanlı boksçu "Çelsi"nin sabiq qapıçısı ilə döyüşəcək - FOTO

Aut.az

İranlı qadın ağırlıqaldıranlar ilk dəfə beynəlxalq yarışda

Aut.az

Ramil Şeydayev "Qarabağ"da qalacaq?

Aut.az