Молодец, “Нефтчи”! Молодец, “Нефтчи”!

Cəmi iki il əvvəl idi. “Neftçi”ni yenicə “işğal” etmiş “intellektual qrup” klubda struktur dəyişiklikləri etdi. Guya. Guya bu dəyişikliklərdən sonra komanda daha çevik tərzdə idarə olunacaq, uğurlar daha tez, bəzən də qəflətən gələcəkmiş. Guya niyə ki? Allah kəssin bizim xasiyyətimizi, mız qoymağa pərgarıq axı...
Uğurlar gəldi, yavaş-yavaş da gəldi, qəflətən də gəldi. “Neftçi” bu struktur dəyişikliyindən sonra Azərbaycan çempionatında 8 komanda arasında 7-ci yeri tutdu. Fantastik göstərici idi. Azərbaycanın bütün regionlarında - qəsəbə və kəndlərində “Neftçi”nin futbol məktəbləri açıldı. Xalq bu uğurdan dəhşətə gəlib başını götürüb qaçdı “xalq komandası” tərəfdən.
Artıq daxili arenada hər şey əldə edilmişdi. İndi Avropanı fəth etməyin zamanı idi. “Nəynən, ay Əliş” sualını verib, mız qoymayın. Nəynən olmalı idi ki? Əlbəttə, struktur dəyişikliyi ilə. “Neftçi” yenə də struktur dəyişikliyi edib. Özü də qəflətən. Heç kim qorxmayıb, diksinməyib. Yəni heç kimin Çıldağa getməyə ehtiyacı olmayacaq. “Neftçi”də icraçı direktor vəzifəsi ləğv edilib. Komanda yenə də köhnə əyyama qayıdıb. Bundan sonra “Neftçi”ni prezident idarə edəcək. Onun da məsləhətverəni vitse-prezident olacaq.
Köhnə əyyama qayıdış, köhnəliyə qayıdış deyil. Bu, manevrdi, Avropanı asan yolla fəth etmək üçün düşünülmüş taktikadı, avropalıları çaşdırmaq planıdı. Və, və, və, yenə də və ki, Müşahidə Şurası da bu struktur dəyişikliyini alqışlayıb. Yox, bu dəfə biz də “Neftçi”nin bu planına mız qoymayacağıq. Bu dəfə biz də alqışlayacağıq, çəpik çalacaq, çırtma vuracağıq. Bu dəfə “Молодец, “Нефтчи”! deyəcəyik. Özü də kiril əlifbası və xalis rusca: Молодец, “Нефтчи”!
Yadımdan çıxmamış, xalqa da deyin, qorxmasın, qayıtsın geri.
Natiq Muxtarlı Komanda.az
 
 
 
Tarix: 7 İyul [16:15]
Oxunub: 475 dəfə
Müəllif: Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az

Elxan Məmmədov məndən niyə qorxur?

Aut.az

Ey oğlan, biz qalibik!

Aut.az

Vurum sizin qolunuzu...

Aut,az

Məkanın dəyişdirməyəcəyi sevgi

Aut/az

Olmayan rayonun olmayan futbolu - YAZI

Aut.az