"Samtredia"nın kapitanı: "Qarabağ" "Qəbələ"dən daha güclüdür"

"Qarabağ” bizim üçün çox çətin komandadır. Fikrimcə, "Samtredia” üçün mərhələ keçmək qəliz olacaq”.
 
Bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ”a rəqib düşən "Samtredia”nın kapitanı Giorgi Datunaşvili Sport24.az-a açıqlamasında deyib.
 
O, Ağdam klubunun son illərdə əla nəticələr qazandığını söyləyib: "Avropa Liqasının qrup mərhələsində oynamaları onlara təcrübə qazandırıb. Bir sözlə, işimiz çox çətindir. Mərhələ keçmək ehtimalımıza gəlincə, bu barədə indidən nəsə deyə bilmərəm. Çox çətin qarşılaşmalar olacaq. Futbolda bütün nəticələr mümkündür. "Qarabağ”ı məğlub edə də bilərik, uduza da bilərik”.
 
32 yaşlı yarımmüdafiəçi ötən mövsüm Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ” ilə qarşılaşdıqları oyunları da xatırlayıb: "Ötən mövsüm "Qəbələ” ilə oynayıb, uduzmuşduq. Bu mövsüm Azərbaycanın ən güclü komandası ilə qarşılaşacağıq. Daha da çətin olacaq. Cütün favoriti "Qarabağ”dır. Bu, sözsüz belədir. Amma ümidimizi üzmürük. "Qarabağ" "Qəbələ"dən daha güclü komandadır”.
Tarix: 19 İyun [17:15]
Oxunub: 40 dəfə
Müəllif: Aut.az

"Qarabağ" uduzdu

Aut.az

Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı

Aut.az

“Zirə”nin futbolçusunun barmağı qırıldı

Aut.az

"Qarabağ" bolqarlara qarşı - BU GÜN

Aut.az

Deputat: "Qorxuram ki, ölərəm və dünya çempionatını görmərəm"

Aut.az

"Şaxtyor"un qapıçısı rəsmən "Qarabağ"da

Aut.az

Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı

Aut.az

Bəhmən Həsənov İrana nə üçün gedibmiş?

Aut.az

"Qarabağ"ın SSKA ilə oyununun vaxtı bilindi

Aut.az

Rövşən İsax: “Futbolu xoşlamayan kişilərə qəribə baxırdım”

Aut.az