"Qarabağ"ın rəqibini yaxından tanıyaq

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayacaq "Qarabağ"ın rəqibi məlum olub.
 
Bu Gürcüstan təmsilçisi "Samtredia"dı. Əslində bu azərbaycanlı azarkeşlərə tanış rəqibdi. Ötən il Avroliqada "Qəbələ"nin qarşısına çıxan "Samtredia" iki oyunun nəticəsinə görə 1:5 hesablı məğlubiyyətə uğrayaraq mübarizədən kənarlaşıb. Yoluna davam edən "Qəbələ" isə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. Təbii ki, indi də "Qarabağ"dan eyni uğuru gözləyirik. 
 
Bütün bunlarla yanaşı "Samtredia"nı azarkeşlərlə daha yaxından tanış etmək qərarına gəldik. Belə ki...
 
Samtredia şəhərinin eyniadlı təmsilçisinin əsası 1936-cı ildə qoyulub. 80 yaşlı rəqib ev oyunlarını Erosi Mancqaladzenin adını daşıyan 15 minlik stadionda keçirir.
 
Komanda əvvəllər fərqli adlarda çıxış edib və müxtəlif vaxtlarda "Lokomotiv”, "Sanavardo”, "Djuba” və "İberiya” adlarını daşıyıb. Fəaliyyəti "Lokomotiv” adı ilə başlayan indiki "Samtredia” SSRİ-nin ikinci liqasında mübarizəyə start verib.
 
Komandanın bu ilə qədərki ən uğurlu vaxtları "İberiya” adını daşıdığı dönəmə, daha dəqiq desək, 1994-1996-cı illərə təsadüf edib. Həmin vaxt Gürcüstan çempionatında ikinci yeri tutaraq ilk dəfə ölkəni UEFA Kubokunda təmsil etmək hüququna yiyələnib. Ancaq avrokuboklarda debüt mövsümündə (1995-1996) Makedoniya təmsilçisi "Vardar”la qarşılaşan gürcülər hər iki görüşdə məğlub olub – 0:2, 0:1. Bu klub Avropa arenasındakı ikinci sınağını isə yuxarıda da qeyd etdiyimiz kimi, ötən mövsüm "Qəbələ” önündə verib.
 
2015-16 mövsümündə ikinci dəfə Gürcüstan çempionatının gümüş medallarına sahib çıxan "Samtredia” bu il ilk çempionluğuna yiyələnib və Çempionlar Liqasında iştirak hüququ əldə edib.
 
ÇL-in debütantı daha çox Gürcüstan yığmasının sabiq oyunçusu Kaxa Kaladzeni yetişdirməklə ad çıxarıb.
 
Komandanın baş məşqçisi Georgi Tsetsadzedi. Əsası gürcü futbolçulardan təşkil edilən "Samtredia”nın heyətində 4 legioner çıxış edir. Onlardan 2-si Ukraynanı, 1-i Rusiyanı, 1-i isə Qananı təmsil edir. AZAL və "İnter"in sabiq müdafiəçisi Laşa Kasradze də hazırda bu komandanın formasını geyinir.
 
Tarix: 19 İyun [16:45]
Oxunub: 79 dəfə
Müəllif: Aut.az

Azad Rəhimov: "Qarabağ" UEFA-ya şikayət edəcək"

Aut.az

Rəşad Sadıqov Messi və Ceko ilə eyni komandada - FOTO

Aut.az

Bakı Metropolitenindən "Qarabağ"la bağlı AÇIQLAMA

Aut.az

AFFA-dan Prosineçki açıqlaması

Aut.az

“Qarabağ” nə qədər qaçdı, nə qədər ötürmə etdi? – oyunun statistikası

Aut.az

Yüz faiz penaltidir - Mustafa Çulcu

Aut.az

"Qarabağ" - "Atletiko" oyununu neçə azarkeş izlədi?

Aut.az

“Marca”: "Fransalı hakim Bakıda matçın taleyini dəyişdi"

Aut.az

lham Əliyevin köməkçisi “Qarabağ”dan yazdı

Aut.az

Yakub Jezniçak: "Şehiç bu gün mağazanı bağlamışdı" - FOTO

Aut.az