Aslan Kərimov turnirin ən yaxşı oyunçusu seçildi, Bəxtiyar Soltanov qızıl medal qazandı

Futtennis üzrə 1-ci Azərbaycan Kubokuna yekun vurulub. 
 
"Dinamo" İdman Cəmiyyətində keçirilən yarışda 10 komanda iki qrupda mübarizə aparıb. Müvafiq olaraq, A və B qruplarında sonuncu sıranı tutan kollektivlər turnirdə mübarizəni dayandırıb. Hər iki qrupda ilk 4 pilləyə yüksələn komandalar 1/4 finala vəsiqə qazanıb.
 
Xeyli sayda azarkeşin izlədiyi və bir çox sabiq tanınmış futbolçunun qatıldığı ölkə kubokunun finalında "Marafon" və "Neftçi" üz-üzə gəlib. Matçın birinci hissəsində "Neftçi" komandası rəqibindən üstün olub, ikinci hissədə isə "Marafon" klubu tarazlığı bərpa edib. Qalibin müəyyənləşdiyi üçüncü hissədə, heyətində Anar Həsənov, Elxan Cəbrayılov və Bəxtiyar Soltanovun yer aldığı "Neftçi" komandası daha yaxşı oyun sərgiləyərək rəqibinə qalib gələrək, Azərbaycan Kubokunun başı üzərinə qaldırıb.
 
Futbol üzrə yığma komandamızın sabiq üzvü Aslan Kərimov yarışın ən yaxşı oyunçusu seçilib. Qaliblərə Azərbaycan Futnet Assosisiyası tərəfindən medallar, dəyərli hədiyyələr, xüsusi diplomlar verilib.

 

Tarix: 19 İyun [14:30]
Oxunub: 145 dəfə
Müəllif: Aut.az

Adil Əliyev: “Xaricdən dəvət olunan məşqçilər idmançılarımızı dopinqə öyrəşdirirlər

Aut.az

Xəzərdə qayıqdan tapılan meyitlər itkin düşən idmançılara aid imiş

Aut.az

Dostunu bıçaqlayan Avropa çempionunun cəzası bilindi

Aut.az

Zorlanan gimnastlar üçün 1,3 milyon dollar

Aut.az

Boksçuya 2 illik cəza

Aut.az

Azad Rəhimovun oğluna xəbərdarlıq

Aut.az

Qubada 3 azərbaycanlı alpinist niyə həlak oldu?

Aut.az

Əxlaqsızlıq yuvasından milli komandaya şok təklif: Çempion olsalar, pulsuz xidmət ediləcək

Aut.az

AKP 3 məşhur idmançının deputatlığa namizədliyini irəli sürdü

Aut.az

Seks qalmaqalına görə istefa

Aut.az