"Neftçi" azarkeşini vuran Tira "Yuventus"da

"Neftçi"nin azarkeşini oyun vaxtı vurduğu üçün komandadan qovulan futbolçu Katalin Tira özünə yeni klub tapıb. 

23 yaşlı hücumçu Rumıniyanın paytaxtı Buxaresti təmsil edən "Yuventus"la müqavilə bağlayıb. Anlaşmanın müddəti və maddi tərəfləri açıqlanmır. Bu komandanın baş məşqçisi "Bakı"nın sabiq hücumçusu Daniel İonel Opritsadır.

Qeyd edək ki, Katalin Tira ötən mövsümün əvvəlində "Neftçi"yə transfer olunub. Tira 2016-cı il oktyabrın 25-də "Qarabağ"la oyun zamanı meydana girən azarkeşə hücum edərək, onu vurub. Nəticədə AFFA İntizam Komitəsi gənc hücumçunu 5 oyunluq cəzalandırıb, klubu isə cəzanın bitməsini gözləmədən futbolçunu qovub. Rumıniyalı legioner ötən mövsümün ikinci yarısını Rumıniyanın "Dunarya Kalaraşi" komandasında keçirib. Buxarest "Yuventus"u isə aşağı liqada çempion olaraq, 2017-2018 mövsümündən yüksək liqada iştirak hüququna yiyələnib. (Report)
Tarix: 19 İyun [14:15]
Oxunub: 137 dəfə
Müəllif: Aut.az

Maaşımı artırın!

Aut.az

"Skenderbeu" ölkə çempionu titulundan məhrum edilib

Aut.az

"Portu"dan “Haddersfild"də

Aut.az

Salman "Kuşadası Gənclik"də

Aut.az

Messi 30 yaşında

Aut.az

Ronaldoya şok təklif: açıq çek və...

Aut.az

"Real" 75 milyona aldığı ulduzu bu kluba satdı

Aut.az

Ufuk Budak yeni klubuyla anlaşdı

Aut.az

Premyer Liqadan Çinə

Aut.az

Alvaro Arbeloa karyerasını başa vurdu

Aut.az