Eddinin komandası La Liqaya yüksəlmək şansını itirdi

 

Millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadiz” La Liqada oynamaq şansını itirib. Eddinin komandası pley-off oyununda“Tenerife”dən güclü olduğunu isbatlamağı bacarmayıb.

 

 

Birinci görüşdə öz meydanında 1:0 hesablı zəfərə sevinən “Kadiz” səfərdə eyni hesabla uduzub. Ümumi hesab bərabər olduğundan, daha 30 dəqiqəyə ehtiyac duyulub. Əlavə vaxtda da başqa qol vurulmadığı üçün “Kadiz” mübarizəni dayandırıb.

 

Çünki yarışın əsasnaməsinə görə belə olduğu halda, İspaniya Sequndasında mövsümü daha yuxarı pillədə bitirən komanda qalib sayılır. “Kadiz” turnir cədvəlində 5-ci, “Tenerife” isə 4-cü yerdə qərarlaşdığından, ikincilər pley-off mərhələsində finala çıxıb. Həlledici görüşlər "Xetafe"yə qarşı oynanılacaq.

 

Qeyd edək ki, ilk dueldə oynamayan Eddi bu dəfə də matçı ehtiyat oyunçular skamyasından izləyib.

Tarix: 19 İyun [11:45]
Oxunub: 90 dəfə
Müəllif: Aut.az

Braziliya millisinin düşərgəsinə dron buraxıldı

Aut.az

Venger Emerinin təqdimatını kolluqda gizlənərək izlədi - FOTO

Aut.az

Zeedorf Türkiyə klubuyla razılığa gəldi

Aut.az

Açılış saat 5-də başlanacaq - DÇ-2018-in

Aut.az

"Qalatasaray"in yeni hədəfi

Aut.az

Çin klubundan Fatih Terimə inanılmaz təklif - 10 milyon avro

Aut.az

Əmrə Belözoğlu daha 1 il "Başakşəhər"də

Aut.az

Kiyevdə “Liverpul” azarkeşlərinə hücum edilib

Aut.az

Fernando Torres "Saqan Tosu"da

Aut.az

Azarkeşlərdən qonşu ölkəyə müraciət: "klubumuzu qəbul edin!"

Aut.az