Samir Məsimov Rusiya klubunda

 

"Neftçi"nin və milli komandamızın formasını geyinmiş Samir Məsimov Rusiyanın I divizionunda çıxış edən "Fakel" klubuna baxışa yollanıb. Bu barədə Voronej klubunun rəsmi saytı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Samir komandada baxışda olan 14 futbolçudan biridi. O, "Avanqard"la matçın ilk yarısında meydanda olub və real qol şansından yararlana bilməyib. 

 

Qeyd edək ki, Samir Moskvanın "Lokomotiv" və "Spartak" klublarının yetirməsidi. O, 2014-cü ilin yanvarında "Lokomotiv"dən "Neftçi"yə transfer olunub. Bakı klubunun heyətində 67 rəsmi oyuna çıxaraq 3 qol vurub. 2016-cı ilin fevralında Sloveniyanın "Domjale" klubuna keçən (6 oyun, 163 dəqiqə) futbolçu bu ilin əvvəlində Azərbaycana qayıdaraq AZAL-da çıxış edib (8 oyun, 408 dəqiqə). 

 

21 yaşlı sol cinah oyunçusu U-19 və U-21 millilərimizin formasını geyinib.

Tarix: 19 İyun [13:00]
Oxunub: 22 dəfə
Müəllif: Aut.az

Maaşımı artırın!

Aut.az

"Skenderbeu" ölkə çempionu titulundan məhrum edilib

Aut.az

"Portu"dan “Haddersfild"də

Aut.az

Salman "Kuşadası Gənclik"də

Aut.az

Messi 30 yaşında

Aut.az

Ronaldoya şok təklif: açıq çek və...

Aut.az

"Real" 75 milyona aldığı ulduzu bu kluba satdı

Aut.az

Ufuk Budak yeni klubuyla anlaşdı

Aut.az

Premyer Liqadan Çinə

Aut.az

Alvaro Arbeloa karyerasını başa vurdu

Aut.az