"İnter" və "Zirə"nin 5 potensial rəqibi - YENİLƏNİR

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq. Bakı vaxtı ilə saat 16.30-da başlayacaq mərasimdə Azərbaycan təmsilçilərinin - "Qəbələ", "İnter" və "Zirə"nin rəqibləri müəyyənləşəcək.
 
"İnter" və "Zirə" mübarizəyə I, "Qəbələ" ikinci təsnifat mərhələsindən başlayacaq. Hər 3 təmsilçimiz püşk zamanı "Səpələnmişlər" səbətində yer alacaq. Bu isə onların nisbətən zəiflərə rəqib olması deməkdi.
 
I təsnifat mərhələsində 100 komanda çıxış edəcək. Ermənistanın iki klubu - "Pünik" və "Qandzasar" "Səpələnməmişlər" sırasında yer alsa da, UEFA-nın qərarına görə klublarımıza rəqib olmayacaqlar.
 
I təsnifat mərhələsinin 50 qalibi II təsnifat mərhələsinə vəsiqə qazanacaq. İlk mərhələdəki 50 cütlükdən 21 "Səpələnmiş", 29-u "Səpələnməmiş" olacaq. "İnter" mərhələ adlayacağı halda yenə "Səpələnmişlər" sırasında yer alacaq. 
 
Püşkdən bir neçə saat öncə UEFA klubları qruplara bölüb. 1-ci qrupda yer alan "İnter"in rəqibi bu komandalar arasından seçiləcək: "Şkendiya" (Makedoniya), "Nova Qoritsa" (Sloveniya), "Mladost" (Serbiya), "Tirana" (Albaniya), "Torpedo" (Gürcüstan).
 
2-ci qrupda ye alan "Zirə"nin 5 rəqibi isə bunlardı: "Sutyeska" (Monteneqro), "Differdanj" (Lüksemburq), "Çixura" (Gürcüstan), "Atlantas" (Litva), "Pelister" (Makedoniya).
 
I təsnifat mərhələsi
 
Səpələnmişlər: Makkabi (Təl-Əviv, İsrail), Midtyulland (Danimarka), Dinamo (Belarus), Lex (Polşa), HİK (Finlandiya), AİK (İsveç), Voyvodina (Serbiya), Videoton (Macarıstan), AEL (Kipr), Şaxtyor (Belarus), Slovan (Slovakiya), Srvena Zvezda (Serbiya), Trençin (Slovakiya), Skenderbeu (Albaniya), Rayndorf (Avstriya), Sent Conston (Şotlandiya), AEK (Kipr), İnter (Azərbaycan), Beytar (İsrail),  Ventspils (Latviya), Odd (Norveç), Kayrat (Qazaxıstan), Osiyek (Xorvatiya), Sarayevo (Bosniya və Herseqovina), Reykyavik (İslandiya), Norçepinq (İsveç), Milsami (Moldova), Lyunqbyu (Danimarka), Kalyu (Estoniya), Jelezniçar (Bosniya və Herseqovina), Botev (Bolqarıstan), Olimpiya (Sloveniya), Valletta (Malta), Vaduts (Lixtenşteyn), Yagelloniya (Polşa), Levski (Bolqarıstan), MOİK (Bolqarıstan), Styarnan (İslandiya), Hoqesund (Norveç), Domjale (Sloveniya), Ordabaşı (Qazaxıstan), Levadiya (Estoniya), Ferensvaroş (Macarıstan), Kruzaders (Şimali İrlandiya), Rabotniçki (Makedoniya), Qlazqo Reyncers (Şotlandiya), Şirak (Ermənistan), Daçiya (Moldova), Mladost (Monteneqro), Zirə (Azərbaycan)
 
Səpələnməmişlər: İrtış (Qazaxıstan), Şiroki Briyeq (Bosniya və Herseqovina), Fola (Lüksemburq), Differdanj (Lüksemburq), Şkendiya (Makedoniya), Nova Qoritsa (Sloveniya), Sutyeska (Monteneqro), Pünik (Ermənistan), Partizani (Albaniya), Mladost (Serbiya), Şemrok Rovers (İrlandiya), Flora (Estoniya), Çixura (Gürcüstan), Linkoln (Cəbəllütariq), Yelqava (Latviya), SJK (Finlandiya), Kork Siti (İrlandiya), Zeta (Monteneqro), B-36 (Farer adaları), Rujomberok (Slovakiya), Derri Siti (İrlandiya), Liepaya (Latviya), Zarya (Moldova), Vaasa (Finlandiya), Valyur (İslandiya), Vaşaş (Macarıstan), Atlantas (Litva), Suduva (Litva), Tirana (Albaniya), Qandzasar (Ermənistan), Torpedo (Gürcüstan), Trakai (Litva), Tre Penne (San-Marino), Bala Taun (Uels), Dinamo (Batumi, Gürcüstan), Runavik (Farer adaları), Baltsan (Malta), Konnak (Uels), Banqor (Uels), UE Santa Koloma (Andorra), Proqres (Lüksemburq), Pelister (Makedoniya), Folqor (San Marino), Floriana (Malta), Kolreyn (Şimali İrlandiya), Ballimena (Şimali İrlandiya), Sent Culiya (Andorra), Klaksvik (Farer adaları), Sent Cozef (Cəbəllütariq), Priştina (Kosovo)
 
16 komanda birbaşa mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Onlardan biri də "Qəbələ"di. "Qırmızı-qaralar" 11 komanda ilə birlikdə "Səpələnmişlər" sırasında yer alıb. Qalan 4 komanda "Səpələnməmişlər" səbəbindədi. 
 
"Qalatasaray" da bu mərhələdə mübarizəyə aparacaq. Lakin İstanbul klubu "Səpələnmişlər" sırasında olduğundan "Qəbələ" və bu mərhələyə vəsiqə qazana bilsə, "İnter"ə rəqib olmayacaq. "Sarı-qırmızılılar"ın yalnız "Zirə"yə rəqib olmaq ehtimalı var. Bunun üçün Azərbaycan təmsilçisi ilk növbədə mərhələ keçməlidi.
 
II təsnifat mərhələsi
 
Səpələnmişlər: Qalatasaray (Türkiyə), Astra (Rumıniya), Hayduk (Xorvatiya), Apollon (Kipr), Mlada Boleslav (Çexiya), Luzern (İsveçrə), Brondbü (Danimarka), Qəbələ (Azərbaycan), Aberdin (Şotlandiya), Utrext (Hollandiya), Şturm (Avstriya), Panionios (Yunanıstan)
 
Səpələnməmişlər: Bney Yehuda (İsrail), Dinamo (Brest, Belarus), Ostersun (İsveç), Brann (Norveç)
Tarix: 19 İyun [14:32]
Oxunub: 25 dəfə
Müəllif: Aut.az

"Qarabağ" uduzdu

Aut.az

Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı

Aut.az

“Zirə”nin futbolçusunun barmağı qırıldı

Aut.az

"Qarabağ" bolqarlara qarşı - BU GÜN

Aut.az

Deputat: "Qorxuram ki, ölərəm və dünya çempionatını görmərəm"

Aut.az

"Şaxtyor"un qapıçısı rəsmən "Qarabağ"da

Aut.az

Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı

Aut.az

Bəhmən Həsənov İrana nə üçün gedibmiş?

Aut.az

"Qarabağ"ın SSKA ilə oyununun vaxtı bilindi

Aut.az

Rövşən İsax: “Futbolu xoşlamayan kişilərə qəribə baxırdım”

Aut.az