Ermənilərin baş məşqçisi komandanı qoyub qaçdı

Sərbəst güləş üzrə Ermənistan milli komandasının baş məşqçisi Armen Mkrtçyan istefa verərək, ölkəni tərk edib. Bu barədə news.am-a Ermənistan Güləş Federasiyasından bildirilib. 
 
Olimpiya vitse-çempionu ailəvi problemlər üzündən Belçikaya qayıdıb. Mkrtçyan Gürcüstanın paytaxtı Tbilisidə ötən həftə keçirilmiş Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri ərəfəsində İrəvanda son təlim-məşq toplanışında iştirak edib. Daha sonra o, Ermənistanı tərk edib və komanda ilə birgə Gürcüstana yollanmayıb.
 
Qeyd edək ki, Qızıl Qran Pridə iştirak edən Azərbaycan sərbəst güləşçiləri Mircəlal Həsənzadə (57 kq) yarımfinalda, Qalib Əliyev (61 kq) isə 1/4 finalda erməni güləşçilərlə qarşılaşaraq, qalib gəliblər. Firdovsi Umudovun baş məşqçi olduğu komanda turniri 2 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurub. 

 

Tarix: 18 İyun [16:00]
Oxunub: 76 dəfə
Müəllif: Aut.az

Hərbçilərimiz dünya çempionatında iştirak edəcək

Aut.az

Ərəblərin daha bir komandası Bakıda toplanış keçəcək

Aut.az

Nazim İbrahimov prezident seçildi

Aut.az

500 avroluq ziyan vurdu, 90 min avro ödəyəcək

Aut.az

Tom vəfat etdi

Auta.z

Ölkə çempionu doğma anasının başını bədənindən ayırdı

Aut.az

"İki aydı yalvarıram, mənə 2 legioner almırlar" - Azərbaycanda

Aut.az

Azərbaycanda daha bir federasiya çətin durumda

Aut.az

Azərbaycan Ağır Atletika millisinin baş məşqçisi istefa verdi

Aut/az

İslamiada qalibimizdən dopinq çıxdı

Aut/az