Yeni qaydalar: Futbolçu öz-özünə ötürmə etsin, oyun 60 dəqiqə olsun...

Beynəlxalq Futbol Federasiyaları Şurası (İFAB) yeni qaydalar təklif etməyə hazırlaşır.
 
Bu haqda məlumatı BBC yayıb. 
 
İFAB-ın əsas dəyişikliyi oyun zamanı vaxta nəzarətlə bağlıdı. Belə ki, şura rəsmiləri hesab edirlər ki, bir futbol matçı zamanı təmiz oyun 60 dəqiqə çəkir. Qalan yarım saat isə topun oyundan çıxması, oyunçu dəyişiklikləri, zədələnmələr, müxtəlif zərbələrə hazırlıq və s. üçün sərf olunur. Belə olan halda təklif edilir ki, vaxt 90 dəqiqədən 60 dəqiqəyə qədər azaldılsın, əvəzində isə hakimlər basketbolda olduğu kimi təmiz vaxt hesablasınlar və pauzalar zamanı vaxt dayandırılsın.
 
Bununla yanaşı, bir neçə dəyişiklik daha təklif edilib.
 
- Cərimə, künc və ya qapıdan zərbələr zamanı oyunçu özü özünə ötürmə verə bilsin
- Cərimə zərbələrini top hərəkətdə olduğu vaxt da yerinə yetirmək mümkün olsun
- Bilərəkdən əllə oyun üçün cəzalar daha da ciddiləşdirilsin
- Fasilə və ya oyun bitən zaman hakim fitini ancaq top oyunda olmadığı zaman səsləndirsin
 
Bütün bu dəyişikliklər hələlik reallıqdan uzaqdı. Ancaq yaxın aylarda İFAB toplaşaraq bu dəyişiklikləri müzakirə edəcək və səsə qoyacaq.
 
Hazırda davam edən Konfederasiyalar Kubokunda İFAB-ın yenicə qəbul edilmiş 3 qaydası tətbiq olunmağa hazırdı:
1. Hakimlərə etiraz etmək hüququ yalnız komandanın kapitanlarına verilib
2. Dəyişiklik zamanı meydanı tərk edən oyunçu ən yaxın yoldan çıxa bilər. Əvvəlki qaydada olduğu kimi mərkəz xətt boyunca hərəkət etməyə gərək yoxdu.
3. Penalti zərbələri şahmat kimi ardıcıllıqla deyil, tennis "tay-brek”ində olduğu kimi yerinə yetirilməlidi.
 
İFAB İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya Futbol Federasiyalarının və FİFA-nın birləşdiyi təşkilatdı. Qurumun əsas vəzifəsi futbol qaydalarını müəyyən etmək və təkmilləşdirməkdən ibarətdi.
Tarix: 18 İyun [14:00]
Oxunub: 73 dəfə
Müəllif: Aut.az

Sabiq "Kəpəz"li “Əl-Xor”da

Aut.az

3-cü dəfə böyrək köçürüldü

Aut.az

"Beşiktaş"ın futbolçularına mükafat

Aut.az

"Qalatasaray" - "Fənərbaxça" oyunu Çakıra tapşırıldı

Aut.az

Messidən qəribə hərəkət: corabından çıxardı…

Aut.az

Ardıcıl 42-ci oyunda da qol buraxdı

Aut.az

Qadın biznesmen Premyer Liqa klubunu alır - FOTOLAR

Aut.az

"Qarabağ"ın futbolçusu Türkiyəyə gedir

Aut.az

“Sevilya” 59 ildi belə müsibət görməmişdi

Aut.az

Nazarbayevin nəvəsi futbol federasiyasından kənarlaşdırıldı

Aut.az