Azərbaycan Kubokunun püşkü atıldı

Futtennis üzrə 1-ci Azərbaycan Kubokunun püşkü atılıb.
 
"Marafon” İdman Klubunda baş tutan tədbirdə, Azərbaycan Futnet Assosiasiyasının 1-ci vitse-prezidenti Samir Məmmədov, vitse-prezident Rüfət Hüseynov, baş katib Əfqan Həmzəyev, İcraiyyə Komitəsinin üzvü Gülağa Cabbarov və turnirdə iştirak edəcək klubların nümayəndələri iştirak etdi. Çıxış edən Assosiasiya rəsmiləri futtennisin ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyması üçün, ölkə kuboku uğrunda turnirin böyük əhəmiyyət daşıdığını vurğuladı.
 
Ölkə kuboku uğrunda yarışda mübarizə aparacaq komandaların rəsmilərinə geniş məlumat verildikdən sonra, püşkatmaya start verildi. Qrupların tərkibi müəyyən edildikdən sonra klub nümayəndələrinə bu idman növünün qaydaları ilə bağlı seminar keçirildi.
 
Qeyd edək ki, hərəsində 5 komanda olmaqla, iki qrupda yarışacaq klublar ilk 4 sıranı əldə edəcəkləri təqdirdə ¼ final mərhələsinə vəsiqə əldə edəcəklər. Müvafiq olaraq A və B qrupunda çıxış edəcək kollektivlər oyunlarını Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətinin zalında keçirəcək. Aşağıda sizləri püşkatmanın nəticələri ilə tanış edirik:
 
A qrupu: Yasamal, Xəmsəfans, Atletiko, Hell Energy, Qatar
B qrupu: Yeni Günəşli, Baku Fire, Marafon, Veteranlar, Neftçi
 
Oyunlar: 17 iyun, saat 15:00
 
1-ci tur, A qrupu: Qatar-Yasamal; Xəmsəfans-Hell Energy
B qrupu: Yeni Günəşli-Neftçi; Baku Fire-Veteranlar
2-ci tur, A qrupu: Atletiko-Xəmsəfans; Hell Energy-Yasamal
B qrupu: Marafon-Baku Fire; Veteranlar-Yeni Günəşli
3-cü tur, A qrupu: Qatar-Hell Energy; Yasamal-Atletiko
B qrupu: Neftçi-Veteranlar; Yeni Günəşli-Marafon
4-cü tur, A qrupu: Xəmsəfans-Yasamal; Atletiko-Qatar
B qrupu: Baku Fire-Yeni Günəşli; Marafon-Neftçi
5-ci tur, A qrupu: Hell Energy-Atletiko; Qatar-Xəmsəfans
B qrupu: Veteranlar-Marafon; Neftçi-Baku Fire
Tarix: 16 İyun [11:15]
Oxunub: 41 dəfə
Müəllif: Aut.az

Sıralama turunun qalibi bəlli oldu - Formula1

Aut.az

Bakıda Formula 1 pilotunun maşını yandı - FOTOLAR

Aut.az

Boksçunu güllələdilər

Aut.az

Moldova prezidenti Bakıda Formula 1-i izlədi

Aut.az

Azərbaycan Qran-Prisində evlilik təklifi - FOTO

Aut.az

Olimpiadanın sponsoru dəyişdi - 41 il sonra

Aut.az

Məşhur milyader Zabit Səmədovun özəl günündə

aut.az

Putin olimpiadaya bu idman növünü təklif etdi - FOTO

Aut.az

Madonna oğulluğunu “Benfika”ya gətirir

Aut.az

İngilis qumarbazlar Bakıda

Aut.az