AzTV-nin göstərdiyi “Kəpəz”

Sizin də yadınızda olar. Ötən mövsüm dünya futbolunun tarixində nadir sayılacaq bir hadisəyə şahidlik etmişdik. Özü də bizim Azərbaycan Premyer Liqasında. Qonaq komanda rəqiblə qarşılaşmaq üçün onun doğma şəhərinə rəqibindən bir gün əvvəl getmişdi. Söhbətin "Qarabağ”la "Kəpəz”dən getdiyini anladınız. 

"Kəpəz” doğma meydanda "Qarabağ”ı qəbul etməli idi. "Köhlən atlar” oyundan iki gün əvvəl təyyarə ilə Gəncəyə yollanmışdı. Orda rahat otelllərin birində məskunlaşmış, Gəncədəki ab-havaya uyğunlaşmağa çalışmışdılar. Ertəsi gün isə Qurban Qurbanov yetirmələrini qarşılaşmanın oynanacağı stadionda məşqə çıxarmışdı. Həmin vaxt Şahin Diniyev və onun çalışdırdığı "Kəpəz” hələ Bakıda idi.

Gəncənin komandasının özünəməxsus qaçqın həyatı yaşadığı hamımıza məlumdu. Komanda məşqlərini paytaxtda keçir, futbolçular axşam öz evlərinə yollanırlar. Oyundan bir gün qabaq üzərinə "Gəncə-4000” yazılmış avtobus yırğalana-yırğalana "Kəpəz”i "doğma” şəhərə aparır. Elə "Qarabağ”la oyunda olduğu kimi.

Bir-neçə gündü ki, "Kəpəz” ölkə futbolu ilə maraqlananların diqqət mərkəzindədi. İş o yerə gəlib çatıb ki, "Kəpəz” haqqında AzTV-də də danışır, Gəncə stadionu barədə süjet göstərirlər. Bəli, tarixi hadisə baş verib. Gəncə şəhərindəki stadion, "Kəpəz”in ev oyunlarını keçirdiyi meydança təmir olunur. Bu xəbər gəncəli azarkeşləri də xeyli sevindirib. AFFA-nın maliyyəsi hesabına stadionun ot örtüyünün dəyişdirilməsi xəbəri bir andaca manşetə çevrilib, kimlərsə özünü geninə-boluna reklam etmək fikrinə düşüb. Məncə, gəncəli futbolsevərlər o qədər də sevinməsinlər. Stadionun örtüyünün yenilənməsi "Kəpəz”dən daha çox rəqiblərin işinə yarayacaq, onlar Gəncəyə səfər zamanı qum üzərində bitən çayırda zədələnmək qorxusu yaşamayacaqlar.

"Kəpəz”in icraçı direktoru Cabir İbrahimov ötən günlərin birində AzTV mikrofonlarına çox həvəslə danışırdı. Deyirdi ki, "AFFA təşkil elədi, bizə çətinlik törədən ot örtüyünü yenisi ilə əvəz edirik. Stadiondakı yenidənqurmaya şəhərin icra hakimiyyəti də öz köməyini göstərir”. Biz də düşünürdük ki, otu AFFA dəyişirsə, icra hakimiyyəti də bazanı təmir edər, stadionun işıqlandırma sistemini qaydaya salar, tribunalar yenidən tikilər, azarkeşlərin həyatına olan təhlükə aradan qalxar. Bundan sonra da "Kəpəz”in canı "qaçqınlıq”dan qurtarar, Gəncədə məskunlaşar. "Kəpəz”in iştirakı ilə keçirilən oyunlar projektor işığında, axşam saatlarında keçirilər, belədə tribunalara daha çox azarkeş gələr. 

Bu gün klubun sözçüsü Azad Mustafayevin saytımızın sorğusuna verdiyi cavab bizi məyus etdi. Sən demə, stadionun təkcə ot örtüyü dəyişdirilirmiş, qalanları elə köhnə vəziyyətində qalacaq. Elə "Kəpəz”in özü kimi... 

Yenə də "Kəpəz” Gəncəyə oyundan bir gün əvvəl gəlib, tərli-tərli Bakıya qayıdacaq, oyunlar gündüz keçiriləcək, azarkeşlər qəzalı tribunalarda əyləşəcəklər. Amma AzTV-nin göstərdiyi "Kəpəz” haqda belə demirdilər.

Amal ABUŞOV
Tarix: 19 May [17:15]
Oxunub: 105 dəfə
Müəllif: Aut.az

I divizionda 4 oyundan 3-də "sülh"

aut.az

"Atletiko"nun Bakıya gələcəyi heyət

aut.az

Azər Məmmədovun açıqlaması klubu silkələdi

Aut.az

“Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi

Aut.az

Əliyar Ağayev "Real Sosyedad"ın oyununa təyinat aldı

Aut.az

Azərbaycan Premyer Liqasına maraq azalır

Aut.az

"Qarabağ"ın futbolçuları İspaniya mediasında - MÜSAHİBƏ

Aut.az

Millimiz Bolqarıstana qarşı - BU GÜN

Aut.az

"Neftçi" "Səbail"ə "partladı": 4 qol, 1 "qırmızı"

aut.az

"Qarabağ" - "Atletiko": nə qədər bilet satılıb?

Aut.az