İkiqat Avropa çempionu qəza törətdi: 3 yaralı

Ağırlıqqaldırma üzrə Türkiyə yığmasının üzvü Daniyar İsmayılov ölümdən dönüb.
 
25 yaşlı Türkmənistan əsilli idmançı Ankarada ağır yol qəzası keçirib. Onun idarə etdiyi avtomobil işıq dirəyinə çırpılıb və qarşı zolağa keçib. Bu qəzadan bir neçə dəqiqə sonra toqquşmanın şiddətindən yola aşan işıq dirəyinə başqa bir avtomobil dəyib. Nəticədə 3 nəfər xəstəxanaya yerləşdirilib. Polislər qəza yerində araşdırma apardıqları vaxt üçüncü avtomobil içərisində yağışdan qorunmaq üçün D.İsmayılovun da olduğu qəzalı nəqliyyat vasitəsinə çırpılıb və sürücü yaralanıb. İdmançı ardıcıl baş verən 3 qəzanın heç birində xəsarət almayıb.
 
Qeyd edək ki, Daniyar İsmayılov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində gümüş medal qazanıb. O, ikiqat Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısıdır.
Tarix: 19 May [15:00]
Oxunub: 91 dəfə
Müəllif: Aut.az

Məmmədov gənc qızlara çılpaq foto göndərirdi

Aut.az

Azərbaycan çempionundan biabırçı nəticə

Aut.az

Erməni idmançılar Bakıya gəlir

Aut.az

"Futbolinfo" - 4!

Aut.az

Məmmədova qarşı ŞOK ittiham

Aut.az

Ən yaxşı balta atıcısına 5900 AZN mükafat

Aut.az

"Kəpəz"in sadiq fanatına kömək edək!

Aut.az

Bakıda çempion oldu, İstanbulda avtomobilində güllələndi

Aut.az

Nazir Federasiyasının zallarını əlindən aldı - Azərbaycanda

Aut.az

"Ağ ev"ə gəldilər

Aut.az