"Neftçi"də ukraynalı məşqçi

Yaxın günlərdə “Neftçi”də yeni məşqçi peyda olacaq. Aut.az-ın futbolinfo.az saytına istinadən məlumatına görə, baş məşqçi Elxan Abdullayev köməkçisini Ukraynadan gətirəcək.
 
İqor Getman və Aleksandr Deriberinlə vidalaşan bakılılar onlardan hələlik yalnız birinciyə əvəzləyici tapıb. “Bakı”dakı işindən tanıdığımız Novruz Əzimov vaxtilə futbolçu kimi xidmət etdiyi “ağ-qaralar”da işləyəcək. Elxan bəyin özünün dəvət edib, qovdurduğu Deriberini isə əcnəbi əvəzləyəcək.
 
Abdullayev məşqçilər korpusunu tanıdığı, inandığı insanlardan qurmaq istəyir. Buna görə də o, ukraynalı Andrey Kuptsova dəvət göndərib. 2002-ci ildən məşqçi karyerası olan, “Krivbass”, “Aleksandriya” və “Karpatı” klublarının əsas və əvəzedici komandalarında çalışan Andrey ölkəmizdə də görünüb. Son iş yeri “Aleksandriya”nın əvəzediciləri olan Kuptsov 2007-2009-cu illərdə Bakı “İnter”ində çalışıb. Elxan Abdullayevlə birgə Valentin Xodukinin köməkçisi olan ukraynalı sonradan vətəninə qayıtmışdı.
 
O vaxtdan Elxan bəylə münasibətləri davam edən Andrey indi həmkarından yardımçısı olmaq təklifi alıb. Tezliklə o, Bakıya gəlib, rəsmi müqaviləyə imza atacaq. 46 yaşlı sabiq yarımmüdafiəçinin karyerası boyunca ortabab Ukrayna komandalarında oynadığını da xatırladaq.
Tarix: 18 May [13:40]
Oxunub: 164 dəfə
Müəllif: Aut.az

"Qarabağ" əvəzedicilərini mükafatlandırdı -FOTOLAR

Aut.az

"Səbail"in büdcəsi müəyyənləşib" - Samir Əliyev

Aut.az

Azər Məmmədov “Kəpəz”də

Aut.az

Naxçıvanda keçiriləcək turnirin iştirakçıları məlumdu

Aut.az

"Qəbələ"də şok ayrılıq - RƏSMİ

Aut.az

AFFA-nın İslamiadaya görə verdiyi mükafatın məbləği məlum oldu

Aut.az

İslamiada: Futbol millimiz final oyununa çıxır - BU GÜN

Aut.az

Millimiz gürcüləri darmadağın etdi

Aut.az

"Qarabağ" daha bir futbolçunu yola saldı - RƏSMİ

Aut.az

Rəşad futbolçu karyerasını bitirdi: "Məşqçi olacam"

Aut.az