Çingiz Abdullayev: Son vaxtlar Allahı yalnız "Neftçi"yə görə narahat edirəm... - MÜSAHİBƏ

O, yalnız Azərbaycanda deyil, bütün dünyada məşhurdur. Detektiv kitabları dünyanın 32 dilinə tərcümə olunub. Bəziləri onu Azərbaycanın ən varlı yazıçısı saysa da, özü bunu təkzib edir. Xalq yazıçısı Cingiz Abdullayevi deyirəm, bu gün doğum günüdür. 58-in “kürəyini” yerə vuran məşhur doğum günündə müsahibə verib. 

– Doğum gününüzdür, 58-lə vidalaşdınız, hansı əhval-ruhiyyədəsiniz?
– Əhvalım yüksəkdir, axşamdan bəri telefonum susmur. Azərbaycandan və xarici ölkələrdən dayanmadan zənglər edirlər, təbriklər yazırlar. Bax, indi səninlə danışıram, artıq telefonuma 10 təbrik mesajı gəlib

– Təmtərağı sevirsiniz?
– Təbii ki, doğum günümü yığışıb ailəm və dostlarla qeyd edəcəyəm.

– Arzuladığınız hədiyyəni aldınız, yoxsa hələ gözləyirsiniz?
– Lap cavan vaxtlarımdan mənim üçün ən gözəl hədiyyə valideynlərimlə görüşüm olub. Doğum günümdə xarici ölkələrdə olmuşamsa, qayıdan kimi ata-anamın yanına gedib, onları görməklə özümə hədiyyə etmişəm. Artıq yaş da bir qədər artıb, valideynlərim bu dünyada yoxdurlar. İndi ən böyük hədiyyəm övladlarımı görməkdir. Bu, mənim xoşbəxtliyimdir.

– Bəs Allahdan özünüzə nə istədiniz?
– Allahdan heç nə istəmirəm, yalnız şükranlıq edirəm. Son vaxtlar Allahı bir məsələyə görə narahat edirəm, istəyirəm ki, “Neftçi” komandası yaxşı oynasın.

– Azərbaycanın ən çox oxunan və kitabları satılan yazıçısısınız. Maraqlıdır, sizi ölkənin ən bahalı yazarı saymaq olarmı?
– Yox, pul baxımdan belə deyil. Amma kitablarım baxımından ən varlı yazıçı ola bilərəm. İndi Yazıçılar Birliyinin biznesmen üzvləri var, onlara çata bilmərəm. 32 dildə kitablarım çıxıb, bu baxımdan xoşbəxtəm.

– Yeri gəlmişkən pul sizin üçün nədir? Deyirlər, kişilərin ən zəif nöqtəsi pul və qadınlardır…
– Qadınları puldan çox sevirəm. Mən kitabımda da yazmışam. Pulsuz keçinmək də olmur, amma pul insanlara xoşbəxtlik gətirmir. Pul yaşamaq üçün talondur. Kim düşünürsə ki, pul xoşbəxtlik gətirir, həmin adam bədbəxtdir. Əgər evində uşaqların sağlamdırsa, dostların səni satmırsa, yaşamında, əqidəndə mövqeyini dəyişmirsənsə, demək ki, xoşbəxt adamsan. Pulla sadiqliyi, sevgini, dostluğu ala bilməyəcəksən və demək ki, onda heç nəyə nail də ola bilməyəcəksən.

– Demək ki, qadınları sevirsiniz. Səmimiyyətinizə görə sizə təşəkkür düşür…
- Sizə də. Qadınları sevirəm, onları sevməsəm yaradıcılıqla məşğul ola bilmərəm. Kim deyirsə ki, qadınları sevmirəm, həmin gün o adam yaradıcılığını dondurur. Əgər bu sevgi olmasa mən heç bir kitab yazmaram.

– Bu etirafın qarşısında mən də sizə qadınlar adından kompliment edim. Deyim ki, qadınlar da sizi çox sevir.
- Mən də bunu bilirəm. Və sizə bir sirr açım: mənim adımı daşıyan xüsusi Qadın klubu var. Xanım heyranlarım o klubun üzvləridir. 30 yaşdan yuxarı qadınlar həmin klubun üzvü ola bilər. İstəsəniz, siz də gəlin. Maşallah, orda çoxlu sayda tanınmış və heç də məşhur olmayan qadınlar var. Onlar yeganə kişi kimi yalnız məni klublarına qəbul edirlər.

– Qadından söz düşdüsə, xəyanətdən danışmasaq olmaz.
– Ən böyük xəyanət insanın özünə etdiyi xəyanətdir. Bir dostum deyə bilməz ki, mən ona xəyanət etmişəm.

– Mən qadınları nəzərdə tuturam…
– Heç vaxt qadınlara pis münasibət göstərməmişəm. Qadın anadan başlayır, onlar hörmət etməyən adam kişi deyil. Mənim anlamımda əsl KİŞİ anlayışı qadına münasibətdən başlanır.

– Səmimiyyətinizə inandığım üçün bir sual da verəcəm: heç qadınları aldatmısınız?
– Əlbəttə, hamımız aldadırıq, amma qadınları incitməmək lazımdır. Biz yazanda da onları aldadırıq. Yazırıq ki, qarasaçlı bir qadını sevirik, amma sarışın birinə baxırıq. Xəyanət bütün kişilərin canında var.(Yeniçağ.az)
Tarix: 8 Aprel [15:40]
Oxunub: 534 dəfə
Müəllif: Aut.az

Qurban Qurbanovdan milli üzvlərinə sərt mesaj - MÜSAHİBƏ

Aut.az

"Azərbaycan futbolu naminə bu addımı atmalıyıq" - Qurban Qurbanov

Aut.az

"Qardaşımı futboldan uzaqlaşdırdım, bu günə qədər də deyinir" - Rəşad Sadıqov

Aut.az

"Savadlı fəhləni savadsız futbolçudan üstün sayıram" - MÜSAHİBƏ

Aut.az

” BİR DƏ AYILIRSAN Kİ, NƏ EV VAR, NƏ MAŞIN, NƏ DƏ…” – MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin veteranı həndbola üz tutdu: "Almaniyada itlərin hörməti bizdən çoxdur" - MÜSAHİBƏ

Aut.az

Rəşad Sadıqov: Onun məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi MÜSAHİBƏ

Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az