Ramin Musayev həbs olunacaq

AFFA UEFA-nın tələbi qarşısında tab gətirə bilmədi, Azərbaycan futbolundakı oyun alveriylə bağlı qərar verdi. “Şərurspor” və “Rəvan” birinci diviziondan uzaqlaşdırıldı. Və bir neçə futbolçu “qurbanlıq” seçildi. Heç şübhəsiz, Azərbaycan futbolunda oyun alveri olub, var və yenə də olacaq. Xüsusən də, birinci divizion əsl “bazar”dı. Ancaq AFFA niyə məhz “Şərurspor”u və “Rəvan”ı cəzalandırdı?
 
Səbəb çox aydındı. “Rəvan”ın sponsoru “Nurgün Motors”un şefi Nuru Əliyevdi. Bu komanda AFFA-dan maliyyələşmirdi, sahibkarın nəzarətində idi. “Şərurspor”un prezidenti isə həbsdədi. AFFA UEFA-nı razı salmaq, daha doğrusu, başını aldatmaq üçün qismən özünün nəzarətində olmayan iki klubu futboldan sildi.
 
Rövnəq Abdullayev Nuru Əliyevin futbol təsərrüfatına yatırım etməsinə qadağa qoyduğu gün bildirmişdi: “Yayda “İnter”ə sponsor tapmağa çalışacağıq”. Yalan deyir, özü də gözünün içinə qədər. AFFA prezidentinə futbol təsərrüfatında kənar sponsor lazım deyil. O, bütün klubların öz nəzarətində olmasında maraqlıdı. Ona futbol təsərrüfatına sponsor cəlb etmək maraqlı olsaydı, Nuru Əliyevi burdan didərgin salmazdı.
 
Azərbaycan futbolunda alver bundan sonra da olacaq. Heç şübhəniz olmasın, birinci divizionun oyunlarında nəticələr yenə də AFFA-nın divarları arasında müəyyənləşəcək. Azərbaycan futbolunda alveri məhv etmək üçün “Rəvan”, “Şərurspor” cəzalanmamalıydı, Ramin Musayev bu təsərrüfatdan ilim-ilim itirilməliydi. Birinci divizionda bütün komandalar bu şəxsin nəzarətindədi və onun diqtəsiylə oturub-dururlar.
 
Nə qədər ki, PFL adlı qurum var, Azərbaycan futbolunda da oyun alveri olacaq. UEFA-nı isə aldatmaq mümkün deyil. Avropanın ali futbol qurumu oyun alveriylə mübarizəyə başlayıbsa, onun kökünü kəsməlidi. Heç şübhəsiz, bir müddətdən sonra UEFA-dan AFFA-ya yenə də xəbərdarlıq gələcək. Bu dəfə daha ciddi. AFFA prezidenti isə deyəsən, qorxmur, cəsarətli şəxsdi.
 
Azərbaycan futbolu Ramin Musayevin “oyun”unun girovluğundadı. Geci-tezi var, bu şəxs növbəti dəfə həbs ediləcək. Bu dəfə oyun alverinə görə. Amma qorxuram ki, ona qədər Azərbaycanda da futbol tamamilə məhv olsun.
 
Natiq Muxtarlı  Komanda.az
Tarix: 17 Mart [14:30]
Oxunub: 1012 dəfə
Müəllif: Aut.az

Vurum sizin qolunuzu...

Aut,az

Məkanın dəyişdirməyəcəyi sevgi

Aut/az

Olmayan rayonun olmayan futbolu - YAZI

Aut.az

Qurban Qurbanovun uzun, incə yolu YAZI

Aut.az

Onlar ağladı, biz də ağladıq...

Aut.az

“Ölü”nün qıdığı gəlməz...

Aut.az

“Qarabağ” boyda sevinc

Aut.az

Xəcalət hissi

Aut.az

Gətirməyənin... - YAZI

Aut.az

Bütün Azərbaycanın “Qarabağ”ı!

Aut.az