Azərbaycan Premyer Liqasında yeni bombardir - SİYAHI

Premyer Liqanın bombardirlər siyahısında dəyişiklik olub. Aut.az xəbər verir ki, Riçard Almeyda mövqeyini əldən verib.
 
"Qarabağ"ın braziliyalı ulduzu ötən gün "Sumqayıt"a qarşı keçirdikləri oyunda fərqlənə bilməyib. "Zirə"dən Nelson Bonilla isə "Qəbələ"ni iki dəfə məyus edərək qol sayını 10-a çatdırıb və liderliyi ələ keçirib. Salvadorlu futbolçu Riçard Almeydanı və "Qarabağ"ın digər legioneri Dani Kintananı 2 topla qabaqlayır. 
 
Nelslon Bonillanın aktivində 3, Almeydanın aktivində 2 dubl var. Bombardirlər siyahısında yer alan fuibolçulardan Amil Yunanovu 2. Ruslan Qurbanovla Samuel Armenteros 1 dəfə dubl edib. Dani Kintana və Aleksey Antonov isə bir oyunda 2 qola imza ata bilməyib.
 
Premyer Liqa
 
Nelson Bonilla ("Zirə") - 10 qol
Riçard Almeyda ("Qarabağ") - 8 qol
Dani ("Qarabağ") - 8 qol
Ruslan Qurbanov ("Neftçi") -7 qol
Aleksey Antonov ("Qəbələ") - 7 qol
Amil Yunanov ("Sumqayıt") - 6 qol
Samuel Armenteros ("Qarabağ") -6 qol
 
Riçard Almeyda
 
I divizionun bombardirlər yarışının zirvəsində dəyişiklik olmayıb. Belə ki, liderlər - David Canelidze və Rəhman Musayev son turda fərqlənə bilməyib. Əvəzində MOİK-dən Röyal Nəcəfzadə "Göyəzən"lə matçda dubl edərək 11 topla ikinci pillədə qərarlaşan Rəhman Musayevə çatıb.
 
"Neftçala"dan Aqşin Həşimov "Şərurspor"la oyunda het-trik edib və qollarının sayını 10-a yüksəldərək bombardiklik uğrunda mübarizəyə qoşulub. Siyahıda yer alan Əli Bağırov, Ramil Həşimzadə, Cavid Muxtarzadə və Ülvi Quliyev bu turda susqunluğunu pozmayıb.
 
I divizion
 
David Canelidze ("Neftçala") - 12 qol
Rəhman Musayev ("Şərurspor") - 11 qol
Röyal Nəcəfov (MOİK) - 11 qol
Əli Bağırov ("Ağsu") - 10 qol
Ramil Həşimzadə ("Bakılı") - 10 qol
Aqşin Həşimov ("Neftçala") - 10 qol
Cavid Muxtarzadə ("Qaradağ - Lökbatan") - 9 qol
Ülvi Quliyev ("Bakılı") - 9 qol
 
David Canelidze
 
Əvəzedici heyətlərin çempionatının bombardirlər yarışında da dəyişiklik olmayıb. Əvəzində lider Ehtiram Şahverdiyev "Zirə"ni 7:2 hesabı ilə yendikləri matçda het-trik edərək qollarının sayını 17-yə çatdıraraq rəqiblərindən uzaqlaşıb.
 
Bombardirlik uğrunda mübarizə aparan Şahin Əliyev, Mirabdulla Abbasov və Ramil Hasanov bu həftə rəqib qapıçıları məyus edə bilməyib.
 
Əvəzedici heyətlər
 
Ehtiram Şahverdiyev ("Qəbələ") - 17 qol
Şahin Əliyev ("Sumqayıt") - 12 qol 
Mirabdulla Abbasov ("Neftçi") - 10 qol
Ramil Hasanov ("Qəbələ") - 10 qol
 
Ehtiram Şahverdiyev
Tarix: 14 Mart [14:40]
Oxunub: 1003 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az